İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea martın 22-də Dohaya səfər edəcək.

Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi xəbər yayıb.

Qeyd olunub ki, “Mossad”ın direktoru Dohada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün radikal HƏMAS hərəkatı ilə razılaşmanı müzakirə edəcək.

İstinadlar Report