Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir:
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.