Polis dünən axşam Moskvada Qırmızı meydanın yaxınlığında atəş açaraq iki nəfəri yaralamaqda şübhəli bilinən şəxsi saxlayıb

Polis onu gecə yerli vaxtla saat 5:40-da Novorijsk şosesinin 40-cı kilometrində saxlayıb. Sükan arxasında olan 26 yaşlı həmin şəxs saxlanılarkən özünə xəsarət yetirib. Polis əməkdaşları yardım göstərilməsi üçün onu həkimlərin nəzarətinə veriblər.
Fakt üzrə yoxlama aparılır.