“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı) – Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

İstinadlar Qafqazinfo