Moskva şəhərindəki onlayn səsvermə sisteminə çəkilən hücumların 70 faizinə qədəri ABŞ-dakı İP ünvanlarından gəlir.

Bu barədə Moskva hökumətinin idarə rəhbəri Artem Kostırko bildirib.

Belə ki, hökumətin İT departamenti onlayn səsvermə sisteminin fəaliyyətinin ilk 2,5 saatı ərzində 329 kompüter hücumu qeydə alıb ki, bunların 70 faizi ABŞ-da, 23 faizi İranda, 5 faizi Almaniyadakı İP ünvanlardan gəlib.

İstinadlar Report