Moskva meriyası xroniki xəstəlikləri olan insanlar və yaşlı insanlar üçün özünütəcrid rejimini ləğv edib.

Bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib. O bildirib ki, bu gündən etibarən bu qayda məcburi deyil, tövsiyə xarakteri daşıyacaq.

Eyni zamanda, hər gün xəstəxanalara 700-800 arası ağır koronavirus xəstələrinin yerləşdirildiyini bildirərək, yaşlılara harasa getməkdən çəkinməyi tövsiyə edib.

“Əgər həqiqətən bir yerə gedirsinizsə, onda ilk növbədə peyvənd olunmaq və özünüzü qorumaq üçün vaksinasiya mərkəzlərinə gedin. Üstəlik, Moskvada kifayət qədər peyvənd nöqtəsi var və qeydiyyatla bağlı heç bir problem yoxdur”, – deyə Sobyanin əlavə edib.

İstinadlar Qafqazinfo