Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) görüşü başlayıb.

Iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın XİN başçıları da iştirak edirlər.

Tərəflər Xəzər dənizində əməkdaşlığın inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

İstinadlar Report