Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva vilayətində terror törətməyi planlaşdırmaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının iki kişi tərəfdarını tutublar.

Bu barədə Federal Təhlükəsizlik Xidmətinin Vladimir vilayəti üzrə idarəsindən bildirilib.

Onlar Suriyadakı başçılarından terror törətmək əmrini gözləyirmiş.

Şübhəlilər Vladimir vilayəti ərazisində yaşayıblar.

Onların Mərkəzi Asiya bölgəsindən olması dəqiqləşdirilir.

İstinadlar Report