Rusiya paytaxtı Moskvanın “Timiryazevskaya” metro stansiyası yaxınlığında naməlum şəxs odlu silahdan atəş açıb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə gələn polis “Timiryazevskaya” metro stansiyasının vestibülünə giriş yaxınlığında naməlum şəxsin hələlik müəyyən edilməyən silahdan istifadə edərək iki vətəndaşa xəsarət yetirdiyini və sonra qaçaraq gizləndiyini müəyyən edib.

Mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alanlardan biri açıq kəllə-beyin travması, kəllə sümüyünün sınığı və göz qapağının nüfuz edən yarası, digəri isə ön qarın divarından, sağ çiynindən və sağ qulağından silah yaraları ilə xəstəxanaya çatdırılıb.

Rusiya Cinayət Məcəlləsinin xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

İstinadlar Report