Polis şənbə günü Moskvada razılaşdırılmamış aksiyada xəsarət almış 10-dan artıq şəxsin tibbi yardım üçün müraciətləri üzrə yoxlama aparır.

Bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Xəstəxanalardan polisə 17 yaşdan 55 yaşadək səkkiz kişi və 17 yaşdan 55 yaşadək dörd qadının tibbi yardım üçün müraciət etmələri barədə telefonoqramlar daxil olub”, – agentliyin həmsöhbəti deyib.

Daha bir 17 yaşlı yeniyetmə izdihamda zərər çəkib. Bütün faktlar üzrə yoxlamalar aparılır.

Qeyd edək ki, yanvarın 23-də Moskvada bir müddət əvvəl saxlanılan müxalifətçi Aleksey Navalnya dəstək aksiyası keçirilib.Hüquq-mühafizə orqanlarının 42 əməkdaşı müxtəlif dərəcədə bədən xəsarət alıb. Etirazçılar arasında da xəsarət alanlar var.

İstinadlar Qafqazinfo