Rusiyanın paytaxtı Moskvadakı “İzmailovo” konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.

“İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib”, – agentliyin mənbəyi bildirib.

Mütəxəssislər binanı və konsert zalına bitişik ərazini partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.

İstinadlar Report