Rusiyanın Moskva şəhərində muay-tay boksçusu, Ermənistan vətəndaşı Aşot Bolyan öz avtomobilinin yanında ölü vəziyyətdə tapılıb.

Bu barədə “RİA Novosti” yazıb.

Idmançı noyabrın 13-də paytaxtın Naximov küçəsində yerləşən 59 nömrəli binanın qarşısında güllələnib. Bolyan hadisə yerində, “Infiniti” markalı avtomobilinin yanında həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb. Qətli törədən şəxsin axtarışları davam etdirilir.

İstinadlar Qafqazinfo