
Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yaşayış binasının yanındakı dayanacaqda tapılan təlim qumbarası ərazinin mühasirəyə alınmasına səbəb olub.
Bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib.
Məlumata görə, dayanacaqda qumbaraya bənzər əşya tapılıb. Ərazi mühasirəyə alınıb, hadisə yerinə gələn istehkamçılar müəyyən ediblər ki, qumbara təlim xarakterlidir və təhlükə yaratmır.