Moskvada bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada biznes mərkəzində bomba həyəcanı yaşanıb.

Polisə anonim məktubla “Fabrika Stanislavskovo” binasında mina olduğu bildirilib. Hüquq-mühafizə orqanları dərhal yoxlamalara başlayıb. Lakin binadan heç kəs təxliyyə edilməyib.

Qeyd edək ki, yanvar ayından etibarən Rusiyanın bir neçə şəhərində hüquq-mühafizə orqanları dəfələrlə  bu cür anonim zəng və məktublar alıb. Lakin heç biri təsdiqini tapmayıb.

İstinadlar Qafqazinfo

Moskvada bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvanın şərqində həyəcanlı anlar yaşanıb

Polisə alış-veriş mərkəzlərindən birinə bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Əraziyə təcili tibbi yardım briqdaları və polis cəlb olunub, 300-dən artıq insan alış-veriş mərkəzindən təxliyə edilib.
Hazırda ticarət mərkəzində axtarış aparılır.