
Moskva vilayətində istixana kompleksində güclü yanğın baş verib, dörd nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, yanğın 1050 kvadratmetr ərazini əhatə edib.
“Moskva vilayətində baş verən yanğında dörd nəfər həlak olub. Yanğının qarşısı alınıb”, – qurumdan bildirilib.