Moskva vilayətinin Ramenskoye rayonunda dronun iki çoxmərtəbəli yaşayış binasına çırpılması yanğına səbəb olub.

Bu barədə Kremlə yaxın “Mash” teleqram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinə məxsus dron Ramenskoyedə yaşayış binasının 11-ci mərtəbəsindəki mənzilə çırpılıb. Hadisədən sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub. Mənbə sonradan yanğının 12-ci mərtəbəyə keçdiyini bildirib.

Bir neçə dəqiqə sonra eyni rayonda analoji hadisə baş verib. Bu dəfə bir başqa binanın 12-ci mərtəbəsində yanğın başlayıb:

“Fabriçnaya küçəsində yerləşən binanın 12-ci mərtəbəsi yanır”.

Hadisədə ölən və yaralananların olduğu hələlik məlum deyil.

İstinadlar Report