Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Yermak: Ukrayna qeyd-şərtsiz atəşkəsə hazırdır
  • XİN: Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur
  • İtkin şəhidlərimiz dəfn olundu – Fotolar
  • Mehmet Yüce: “Türkiyənin “yaşıl enerji” təcrübəsinin Qarabağda tətbiqi mühüm nəticələr verə bilər”
  • Artıq nazirlər bu tarixdə hesabat verəcək
  • Tramp Qəzza və onun sakinlərinin problemləri ilə məşğul olacağına söz verib
  • Hərbçilərin törətdiyi bu cinayətlərin təhqiqatı qaydası dəyişir
  • Bu hərbçilərə intizam tənbehi qaydasında həbs cəzası ləğv olunur
  • Borclularla bağlı yeni qayda
  • MM “İstilik təchizatı haqqında” qanun layihəsini I oxunuşda müzakirə edir
  • Yermak: Ukrayna qeyd-şərtsiz atəşkəsə hazırdır
  • XİN: Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur
  • İtkin şəhidlərimiz dəfn olundu – Fotolar
  • Mehmet Yüce: “Türkiyənin “yaşıl enerji” təcrübəsinin Qarabağda tətbiqi mühüm nəticələr verə bilər”
  • Bu hərbçilərə intizam tənbehi qaydasında həbs cəzası ləğv olunur
  • Kaya Kallas: Aİ Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir
  • Kursantların vəzifələri, eləcə də gizir, miçman və zabitlərin hüquqları ilə bağlı bir sıra dəyişikliklər son oxunuşda qəbul edilib
  • Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi son oxunuşda qəbul edilib
  • Əmək pensiyasının dövlət büdcəsindən ödəniləcəyi şəxslərin siyahısının genişləndirilməsi son oxunuşda qəbul edib
  • MM ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsini son oxunuşda təsdiqləyib
  • FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi – Fotolar
  • İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
  • “Dini təhsillə bağlı da dəyişiklik etməliyik”
  • Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
  • 100-dən çox “Telegram”, “TikTok” və “Instaqram” kanalı bağlanıb – Seyfulla Əzimov
  • “Qanunlar qorxutmaq üçün yox, insanı qorumaq üçündür”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Moskva” univermağı qarət edildi YENİLƏNİB-VİDEO
31/03/2016 14:15
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
16/05/2025 11:50
Paşinyan İTV-yə müsahibə verdi – Video
16/05/2025 08:02
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO
15/05/2025 21:17
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15/05/2025 15:50
Zelenski Ankaradadır – Video
15/05/2025 14:05
10.4 kilometr magistral su xətti çəkilir – Video
15/05/2025 12:47
Liftdə qalan 5 nəfər xilas edildi – Video
15/05/2025 09:41
“Avtoş”luq edən şəxs həbs olundu – Video
14/05/2025 16:14
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
14/05/2025 15:03
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
14/05/2025 13:08
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
14/05/2025 12:42
Sumqayıtda yanğın – Video
14/05/2025 11:38
“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video
14/05/2025 10:44
Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video
14/05/2025 10:05
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video
13/05/2025 14:32
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
13/05/2025 11:34

Video xəbərlər

  • Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
  • Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
  • Prezidentləri güldürən sürpriz… – Video
  • Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
  • Paşinyan İTV-yə müsahibə verdi – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

16/05/2025
21:23 BMT İstanbulda Rusiya – Ukrayna danışıqlarında iştirak etmir
20:50 “Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək
20:47 Ukrayna XİN: Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi
20:41 Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb
20:38 Məktəblilərimizdən ABŞ-də növbəti uğur! – Fotolar
20:34 Ukrayna müdafiə naziri: Müharibəni bitirmək istəyirik
20:32 Biləsuvarda fərdi evi ildırım vurub
20:29 Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib
20:19 Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
20:17 11 ildir itkin idi, doğranmış bədəni soyuducudan çıxdı – Türkiyədə müəmmalı qətl
20:11 Vuçiç Aİ-nin genişlənmək niyyətini açıqlayıb
19:56 KİV: İsrail Yəmənin üç limanına zərbə endirib
19:44 Dünya Bankı Suriyaya yardımı bərpa edib
19:41 Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
19:32 Trampa İstanbul görüşü haqda Tiranadan məlumat verdilər
19:29 İlham Əliyevin rəsmi “YouTube” kanalında “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində keçirilən görüşlərin icmalı paylaşılıb
19:20 “Azərişıq” ASC KOBİA-nın sahibkarlarla keçirdiyi görüşdə iştirak edib – Foto
19:02 Azərbaycanda maşın və avadanlıqların təhlükəsizliyinə və sərbəst dövriyyəsinə dair tələblər müəyyən edilib
18:55 Miroşnik: Təkcə əsirlərlə bağlı razılaşmaya görə İstanbulda görüşməyə dəyərdi
18:53 Bu avtobus marşrutların hərəkəti dəyişdirilir
18:29 Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
18:20 Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
18:08 Şahdağa qar yağır – Faktiki hava
18:07 Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub
18:05 Xələf Xələfov və Murat Nurtleu Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığı müzakirə ediblər
18:02 AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görüldü
17:59 Müştərinin başını pivə bakalı ilə yaraladı
17:53 Əfvlə bağlı iclaslar başa çatdı
17:50 Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
17:47 MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
17:40 Ukrayna və Rusiya “1000-in 1000-ə” formulu üzrə əsir mübadiləsi apara bilər
17:38 Azərbaycan və Latviya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
17:26 Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 50 nəfər saxlanılıb
17:20 BP “Şahdəniz Kompressiya” layihəsi ilə bağlı yekun investisiya qərarının qəbul edilməsinə hazırlaşır
17:17 BMU-da Abşeron rayon məktəbliləri ilə görüş – Fotolar
17:04 Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib
17:02 Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır
16:59 İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
16:55 Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb
16:53 Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur
16:50 Prezident Ərdoğanla görüşdü – Foto
16:29 Kir Starmer: Putin qeyd-şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır
16:23 Ukraynalı politoloq: İstanbulda heç bir irəliləyiş və real nəticələr gözləmək lazım deyil
16:22 Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib
16:20 Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb
16:17 “Azəristiliktəchizat”: Qeyri-qanuni tikinti səbəbindən qazanxananın köçürülməsi daha baha başa gələ bilər
16:13 Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
16:11 Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
16:10 Ərdoğan qlobal çağırışlar fonunda Avropanı birliyə çağırıb
16:07 Naxçıvanda aqrar məhsulların istehsalı 1 %-dən çox artıb
16:05 Azərbaycanda alternativ avtomobil bazarı – ora üz tutmağa dəyərmi? – ARAŞDIRMA
15:56 Antonio Koşta: Rusiyanın Ukraynada müharibəsi Avropada sülh nizamını pozub
15:53 Türkiyə universitetində “Uzundərə” rəqsi – Fotolar
15:50 Roma Papası Vatikanı Rusiya-Ukrayna birbaşa görüşü üçün məkan kimi təklif etmək niyyətindədir
15:47 4 ay ərzində 68 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
15:45 Makron: Fransa Bakı və İrəvanın sülh sazişi imzalamaq səylərini dəstəkləyir
15:44 Albaniyanın Baş naziri: Avropa öz resurslarına arxalanaraq gücünü bərpa edə bilər
15:40 Azərbaycanda növbəti torpaq hərracı elan edilib
15:38 “Heç bir halda sertifikasiya həkimin diplomundan üstün ola bilməz”
15:32 Eltisini evin mətbəxində əməliyyat edibmiş…

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Moskva” univermağı qarət edildi YENİLƏNİB-VİDEO

Hadisə 31/03/2016 14:15
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi rayonunda ticarət mərkəzindən oğurluq edilib. Hadisə rayonun Cavadxan 5 ünvanında yerləşən Moskva univermağında baş verib. İş vaxtının sonuna yaxın univermağa gələn naməlum şəxs orada gizlənib. Univermaq bağlanandan sonra oğru işə başlayıb. O, ticarət mərkəzindən xeyli miqdarda qızıl- zinət əşyalarını götürərək hadisə yerini tərk edib. Ticarət Mərkəzinin mühafizəçisi hadisə vaxtı yatdığından oğurluqdan xəbəri olmayıb. O, xəbər tutandan sonra polisə məlumat verilib. Hadisə baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir. Zərərçəkənlər onlara külli miqdarda ziyan vurulduğunu bildiriblər. Faktla əlaqədar Nəsimi rayon polis idarəsində cinayət məcəlləsinin 177-ci, oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Multimedia 16/05/2025 11:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.

Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan İTV-yə müsahibə verdi – Video

Multimedia 16/05/2025 08:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

Ətraflı süjeti təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Multimedia 15/05/2025 21:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.

Hazırda tikinti üçün sənəd işləri hazırlanır.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.

Daha ətraflı “Xəzərxəbər”in süjetində:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Multimedia 15/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zelenski Ankaradadır – Video

Multimedia 15/05/2025 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. 

Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

***

Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

10.4 kilometr magistral su xətti çəkilir – Video

Multimedia 15/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.

Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.

Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir.  Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. 

Oxumağa dəyər:   İsrailin "Avroviziya 2025" təmsilçisi yarı azərbaycanlıdır

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.

Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Multimedia 15/05/2025 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Multimedia 14/05/2025 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.

Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Multimedia 14/05/2025 15:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır: 

“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”. 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Multimedia 14/05/2025 13:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir. 

Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Multimedia 14/05/2025 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda yanğın – Video

Multimedia 14/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Multimedia 14/05/2025 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Multimedia 14/05/2025 10:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.

M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Oxumağa dəyər:   Zərərçəkmiş: Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi

Sözügedən görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Multimedia 13/05/2025 14:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Multimedia 13/05/2025 11:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.

Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.

Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.

Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla