Moskva şəhər məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnı barəsində çıxarılan hökmü qanuni sayıb.

Məlumatı “RİA Novosti” yayıb.

“Məhkəmənin hökmü dəyişdirilməyib, apellyasiya şikayəti təmin edilməyib”, – kollegiya hakimlərindən biri qərarı açıqlayıb.

Xatırladaq ki, Aleksey Navalnı “dələduzluq və məhkəməyə hörmətsizlik” ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İstinadlar Report