Moskva məhkəməsi Rusiyada casusluqda ittiham olunan Norveç vətəndaşı Frude Berq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Norveç Krallığı təbəəsi Frude Berq 2017-ci il dekabrın 5-də Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bir müddət əvvəl onun Rusiya atom sualtı qayıqları barədə məlumat topladığı bildirilmişdi.

İstinadlar Report