Moskvanın Şeremetyevo hava limanından İrəvana getməli olan sərnişin təyyarəsi pilot kabinəsində tüstülənmə barədə siqnal səbəbindən uçuşu dayandırıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə İdarəsi məlumat yayıb.

Təyyarənin göyərtəsində 187 nəfər olub. Onlar hava trapı vasitəsi ilə təxliyyə olunublar. Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Məlumata görə, tüstülənmə xəbəri öz təsdiqini tapmayıb, kabinədə yanğın aşkar olunmayıb.

İstinadlar Report