“Moskva Cənubi Qafqazı sülh, davamlı inkişaf və tərəqqi zonasına çevirməkdə maraqlıdır”. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbə görüşü zamanı bildirib. 

Görüşün əvvəlində Lavrov Azərbaycan və Ermənistandan olan həmkarlarına Rusiya tərəfinin MDB Nazirlər Şurasının iclasın keçirilməsində iştirakından yararlanmaq təklifinə cavab verdikləri üçün təşəkkür edib. 
Rusiya xarici işlər nazirinin sözlərinə görə, Moskva tərəflər arasında etimadın artırılmasında və Azərbaycan-Ermənistan münasibətlərinin tam hüquqlu normallaşması üçün şərait yaradılmasında maraqlıdır.

 

İstinadlar Qafqazinfo