Güclü qar səbəbindən Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarının işində problemlər yaranıb, 70-dən çox reys gecikib və ya təxirə salınıb.

Şeremetyevo hava limanında 34 reys gecikib. Domodedovoda 17 reys gecikib, daha 3 reys təxirə salınıb, Vnukovoda – 13 reys gecikib, Jukovskidə 6 reys gecikib.

Hava limanlarında 2 saata qədər gecikmələr adi haldır. Beləliklə, Federal Hava Nəqliyyatı Agentliyi çarter və müntəzəm uçuşların gecikmələri ilə bağlı statistik məlumatları hesablayarkən 2 saatdan az gecikmələri nəzərə almır.

İstinadlar Report