Paris Fransa Qvianasını özünün dənizaşırı ərazilər departamentinə çevirib.

Bunu Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindar “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

“Fransa bizi dənizaşırı departamentinə çevirib. Ona görə də bildirirlər ki, bu, artıq onların daxili işidir. Sonra bizi qeyri-muxtar ölkələr siyahısından çıxarırlar. Yenidən bu siyahıya daxil olmaq üçün beynəlxalq səviyyədə çalışırıq”, – o bildirib.

İstinadlar Report