Boliviyanın müvəqqəti prezidenti keçmiş dövlət başçısı Evo Moralesin seçkilərdə iştirakını qadağan edəcək.

Boliviyanın müvəqqəti prezidenti Janin Aqnes ölkənin konstitusiya məhkəməsinin məhdudiyyətsiz prezident seçilmək barədə qərarını ləğv etmək niyyətindədir.

Aqnes bu qərarın ləğvini və ölkədə azad və şəffaf seçkilərin keçirilməsini əsas məqsəd olduğunu açıqlayıb.

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də keçirilən prezident seçkilərində ölkəni 13 il idarə edən Evo Morales qalib gəlib. Daha sonra o, kütləvi etirazlar və ölkənin silahlı qüvvələrinin vəzifədən getmək barədə çağırışı fonunda istefa verdiyini elan edib.