Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Bu, Milli Məclisdə bu gün müzakirə olunaraq birinci oxunuşda qəbul olunan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Bu yanaşma həm moped sürücülərinin, həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğu nəzərə alınaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Eldar Tanriverdi

İstinadlar Qafqazinfo