Monteneqro parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi Bar limanında banan qutularında 500 kq kokain aşkarlanması ilə bağlı Baş nazir Zdravko Krivokapiç və onun müavini Dritan Abazoviçi dindirəcək.

Bu barədə ölkənin milli televiziyası məlumat yayıb.

Monteneqronun polis, prokurorluq və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri də dindiriləcək. Qərar deputatlar tərəfindən yekdilliklə qəbul edilib.

İstinadlar Report