Bu gün Monteneqroda prezident seçkiləri keçiriləcək, seçicilər dövlət başçısı postuna 7 namizəddən birini seçməli olacaqlar.

Hazırkı dövlət başçısı, sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç, Yeni Serbiya Demokratiya Partiyasının lideri Andriya Mandiç, “Vahid Monteneqro” Partiyasının rəhbəri Qoran Daniloviç, “Demokratik Monteneqro” Partiyasından Aleksa Beçiç, iqtisadçı Yakov Milatoviç və digərləri prezidentlik uğrunda mübarizə aparacaqlar.

Səsvermədə 542 min ölkə vətəndaşı iştirak edə biləcək. Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 10:00-23:00) açıq olacaq. Seçicilərin yarıdan çoxunun səs verdiyi namizəd prezident seçiləcək. Namizədlərdən heç biri 50%-lik baryeri keçə bilməsə, aprelin 2-də keçiriləcək səsvermənin ikinci turu təyin ediləcək. Birinci turda ən çox səs toplayan iki namizəd orada iştirak edəcək.