
Kanadanın Monreal şəhərində sərnişin avtobusu uşaq bağçasına çırpılıb.
Hadisə nəticəsində 2 uşaq həlak olub, 6 azyaşlı isə yaralanıb.
Bildirilib ki, avtobusun 51 yaşlı sürücüsü saxlanılıb. O, adamöldürmə və nəqliyyat vasitəsini təhlükəli sürməkdə ittiham olunur.