
Moldova prezidenti Maya Sandu feysbuk səhifəsində ölkədə dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq etdiyini bildirib.
Maya Sandu bildirib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.
“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, – dövlət başçısı bildirib.