Qərbpərəst Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bu, onun prezident postunda yeni mandatını təmin etməsi mənasına gəlir.
Eyni zamanda, onun rəqibi rusmeyilli Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.
Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.