Ötən seçkilər və Avropa İttifaqına inteqrasiya ilə bağlı referendum zamanı Moldova polisi yüzlərlə, hətta minlərlə vətəndaşın telefonlarını dinləyib.

Bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəhbəri, general Viorel Cernaucyanu Ziarul de Garda nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu böyük xərclərə səbəb olub: “Xüsusi nəzarət altında yüzlərlə, hətta minlərlə insan var idi. Təsəvvür edirsiniz, 300-400 nəfəri dinləmək üçün nə qədər iş görülür: bu qədər adamlar hər deyilənləri dinləmək üçün qulağına qulaqcıq taxıb oturmalı olurlar”.

O, polis avadanlığının ölkə vətəndaşlarının mobil telefonlarındakı mesajları oxumağa imkan verməsi ilə öyünüb:

İstinadlar Report