Moldovada koronavirusa yoluxanların sayı artıb.

Bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində 264 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Bununla da, ölkədə virusa yoluxanları sayı 9 511-ə çatıb.

Müalicə alan 5 450 xəstə sağalsa da, 331 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Moldovada hər bir milyon əhaliyə 2 595 xəstə və 90 ölüm düşür ki, bu göstərici də Rusiya, İspaniya, Portuqaliya, Belarus, İtaliya ilə müqayisədə yaxşıdır.

İstinadlar Report