Moldova ukraynalı qaçqınlar üçün miqrasiya rejimini asanlaşdırıb.

Bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Ukraynadan olan qaçqınlar fövqəladə vəziyyətin başa çatmasından sonra daha 90 gün Moldova ərazisində qala biləcəklər. Bundan sonra onlar uzunmüddətli viza və ya sığınacaq üçün müraciət etməli olacaqlar.

Fevralın 24-dən bugünədək Ukraynadan 505 minə yaxın insan Moldovaya daxil olub. Onlardan 73 mindən çoxu ölkədə qalıb, qalanları isə Avropa ölkələrinə doğru hərəkət edib. Moldovada qaçqınlar üçün müvəqqəti düşərgələr təşkil edilib, burada onlar mənzil, yemək və ilkin tələbat malları ilə təmin olunublar.

İstinadlar Report