Moldova Rusiya qoşunlarının Dnestryani regiondan çıxarılmasını tələb edir.
Bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri, baş nazirin müavini Niku Popesku deyib.
Onun sözlərinə görə, Kişinyov Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasında israr etməkdə davam edəcək:
“Rusiya öz qoşunlarını Dnestryanı bölgədən çıxarmalıdır. Bu, Dnestryanı münaqişənin sülh yolu ilə həlli üçün əlverişli şərait yaradacaq”.