Moldova parlamenti ölkənin Avropa İttifaqına (Aİ) qoşulması haqqında konstitusiya referendumunu oktyabrın 20-nə təyin edib.

Bu qərarı hakim Fəaliyyət və Həmrəylik Partiyasından (FHP) olan deputatlar qanunverici orqanın mətbuat xidmətinin feysbuk səhifəsində yayımladığı iclasda qəbul ediblər.

“Konstitusiya üzrə respublika referendumu 2024-cü il oktyabrın 20-nə təyin edilsin”, – qərarda qeyd olunub.

Ölkə vətəndaşlarına bir sual veriləcək: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının lehinəsinizmi?”. Əsas qanunun preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyinin tanınması, Avropa İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi kimi elan edilməsi” sözləri ilə əlavə edilməsi təklif edilir. Həmçinin konstitusiyaya “Aİ qaydalarının daxili qanunların ziddiyyətli müddəaları qarşısında üstünlüyünü” tətbiq edən edən bənd əlavə olunacaq. Qərarda qeyd olunub ki, Aİ-nin təsis müqavilələrinə qoşulma parlamentin orqanik qanunu ilə gerçəkləşdiriləcək.

İstinadlar Report