Moldova parlamenti Avropameylli “Acum” (“İndi”) bloku tərəfindən yaradılan Maya Sandu hökumətinə etimadsızlıqla bağlı votum irəli sürüb.

Qərar qanunverici orqanın iclasında qəbul olunub.

“Etimadsızlıq votumu iclasda iştirak edən deputatlardan (101 nəfər – red.) 63-nün səsi ilə təsdiqlənib”, – qanunverici orqanın sədri Zinaida Qreçanıy deyib.

Qeyd olunur ki, Moldova Respublikası Sosialistlər Partiyası (MRSP) fraksiyasının təşəbbüsü ilə başladılan istefa tələbi müxalif Moldova Demokratik Partiyasının deputatları tərəfindən dəstəklənib.

İstinadlar Report