“Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınsa, pandemiya gələn ilin payızında başa çata bilər”.

Bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin Baş direktoru Stefan Bansel bildirib.

Onun sözlərinə görə, son altı ay ərzində istehsalat sahələrinin artdığı əsas götürülsə, Yer kürəsində hamının peyvəndlənməsi üçün lazımi miqdarda dərman dozalarının 2022-ci ilin ortalarınadək əldə ediləcəyini gözləmək olar.

İstinadlar Report