MN Zod qızıl yatağından video yaydı

Müdaifə Nazirliyi Kəlbəcər rayonu Söyüdlü (Zod) qızıl yatağından video yayıb.
“Qafqazinfo” həmin videonu təqdim edir:
Hirkan Milli Parkında yanğın davam edir – Video

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin “BE-200ÇS” tiplı amfibiya təyyarəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Qış təlimi-2021″də iştirak edəcək – Fotolar+Video

Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021″də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021″də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
Hərbçilərimiz təlimlər üçün Qarsa getdi – Video

Xəbər verdiyimiz kimi, 1-12 fevral tarixində Qars vilayətində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə “Qış-2021 Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri” keçiriləcək.
Azərbaycan ordusunun əsgərləri artıq Qarsa yola düşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciəti qeydə alınıb – Video

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiya tərəfindən həftə ərzində cəmi 1953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilir – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən ölkə vətəndaşları bu gün Yerevanda avtomobillərlə itaətsizlik aksiyası keçirirlər.
Qeyd edilir ki, avtomobillərlə aksiya keçirənlər paytaxtın mərkəzindəki “Respublika” meydanında olacaqlar.
Ünvanlı sosial yardım necə təyin edilir? – Video

Ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən video çarx hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, videoçarxda e-sosial-az portalı vasitəsilə ünvanlı sosial yardıma müraciət qaydası izah olunur.
Videoçarxı təqdim edirik:
Vətən müharibəsində qazi atasının missiyasını tamamlayan qalib əsgər – VİDEO

2020-ci in sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında fəal iştirak edən, bir sıra ağır döyüşlərdə şücaət göstərən qəhrəman əsgərimiz Siyasət Əmirov ordu sıralarından tərxis olunub.
Vətən müharibəsi iştirakçısının doğulduğu Cəlilabad rayonunda təntənəli qarşılanma mərasimi keçirilib.
Müqəddəs missiyasını tamamlayaraq evinə qayıdan əsgərimizin qarşılanma mərasimində ailə üzvləri, yaxınları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qələbə əzmi ilə geri dönən qalib Azərbaycan əsgəri daha sonra mərasim iştirakçıları ilə birlikdə Vətən müharibəsində şəhid olan döyüş yoldaşlarının məzarlarını ziyarət edib, onların ruhlarına dualar oxuyub.
S.Əmirov Cəlilabad rayonunun Sərhədabad kəndində, qazi ailəsində dünyaya göz açıb. Onun atası Seyfəddin Əmirov Birinci Qarabağ müharibəsi iştirakçısı olub. 1993-cü ildə Qarabağda gedən döyüşlərə qatılan S.Əmirov 1994-cü ildə yaralanıb və qazi kimi geri dönüb. Üç il sonra onun gələcəkdə növbəti Qarabağ savaşında missiyasını davam etdirəcək oğlu dünyaya gəlib.
Siyasət Vətən müharibəsinin ilk günündən Azərbaycanın işğal altında olan torpaqlarının erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, bir sıra döyüş əməliyyatlarında fəal iştirak edərək qazi atasının missiyasını qəhrəman övlad kimi tamamlayıb.
23 yaşlı qəhrəman əsgərimiz Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Elə göstərdiyi şücaətlərə görə də Azərbaycanın Ali Baş Komandanı tərəfindən “Füzuli”, “Cəbrayıl” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirilib – VİDEO

Kəlbəcər rayonundakı qəbiristanlıqda 27 ildən sonra yenidən azan səsləndirilib.
Həmin anlar lentə alınıb.
Videogörüntünü təqdim edirik:
Füzulinin Mirzəcamallı kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Qaz sayğaclarının uzaq məsafədən oxunmasına başlanıldı – Video

Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib.
“Azəriqaz”dan verilən məlumata görə, ilkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb. Beləliklə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.
Bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin “Atlas sayğac və ölçü cihazları” şirkətinin təkliflərinə üstünlük verilib. Şirkətin rəhbəri Saleh Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və test yoxlanışları onların iştirakı ilə icra olunur.
Qeyd edək ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin.
Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir.
Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada cihazın qeydiyyatına düşür. Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.
Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.
Kəlbəcərin Hacıkənd kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndindən video yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Talış və Suqovuşan minadan təmizlənir – VİDEO

İşğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.
Talış və Suqovuşan istiqamətində aparılan ilkin təmizləmə əməliyyatları əsasən kommunikasiya xətlərinin keçəcəyi yerləri əhatə edir.
Minatəmizləmə əməliyyatları ilkin olaraq kommunikasiya xətlərinin keçəcəyi yerlərdə aparılır. İşğal müddətində ermənilər geniş bir ərazini minalayıblar. Vətən müharibəsi başlayandan həmin ərazilər də daxil olmaqla, işğaldan azad edilən bölgələrdə təmizləmə əməliyyatlarına start verilib.
İşğaldan azad olunan Talış və Suqovuşan istiqamətində ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu vaxta qədər aparılan işlər nəticəsində tank və piyada əleyhinə mina, top və minaatan mərmiləri tapılaraq zərərsizləşdirilib.
Basdırılan minalarla yanaşı, ərazi həm də Vətən müharibəsi zamanı ermənilərin atdığı xeyli sayda partlamamış artileriya mərmilərilə çirklənib. Təmizlənmə əməliyyatları yüksək peşəkarlıqla davam etdirilir. Minatəmizləmə əməliyyatlarının ilkin mərhələsində əsasən kommunikasiya xətlərinin keçəcəyi yerlər, yol və su kanalları təmizlənir. Bunlardan biri də Talış kəndinə gedən yol və Tərtərin bir neçə kəndini Suqovuşan su anbarıyla təmin edən beton kanallardır. İndiyə qədər bu ərazilərdən xeyli sayda partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.
Əsas strateji əhəmiyyətli xətlərin keçəcəyi yerlər tam təmizləndikdən sonra təmizləmə əməliyyatları geniş sahələrdə aparılacaq.
Prezident Şuşaya elektrik xətti çəkilişindən danışdı – Video

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı dövlət başçısı Füzulidən Şuşaya çəkilən elektrik xəttindən də danışıb.
Prezident bildirib ki, Şuşanın işıqlandırılması və ümumiyyətlə, şəhərin inkişafı üçün yeni xətt mütləq inşa edilməli idi:
“Qısa zaman ərzində ağır relyefi olan ərazidə bu dirəklər qoyulub. Bu onu göstərir ki, yaxın zamanda Şuşaya həyat qayıdacaq”.
Qeyd edək ki, elektrik xətti 75 km məsafədə çəkilir və 110 kV-luq ikidövrəli yüksəkgərginliklidir.
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək – Video

Bakıda Vətən müharibəsi memorial kompleksinin tikintisinə başlanılıb.
Hazırda Xətai rayonu, Ağ şəhərin yaxınlığına Yeni Bulvara bitişik ərazidə açıq havada muzeyin yaradılması üçün işlərə başlanılıb.
Bu muzeydə Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən hərbi qənimət kimi ələ keçirilən və qismən məhv edilən erməni silahlı qüvvələrinə aid texnikalar nümayiş olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamı ilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasına qərar verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.
Video: Nuran Məmmədov
İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” – VİDEO

“Keçmiş raykomun binasıdır. Mənfur düşmən özü üçün burada “meriya” adlı bir qurum “yaratmışdı”. Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da qondarma, keçmiş, batmış, gorbagor olmuş “Dağlıq Qarabağ respublikası”nın “Şuşi” şəhərinin “icra başçısı”nın otağı idi. “Şuşi” yox, Şuşa! Unutmasınlar, dəmir yumruq yerindədir!”
Bunu Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasında olan Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Ermənilərin Şuşanı tərk edərkən inzibati binalarda talançılığına toxunan ölkə başçısı bunları söyləyib:
“Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda, o qaçaqaçda vaxt tapıb kondisioneri də aparıblar o oğrular”.
Prezidentin Şuşa səfərindən – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfər edib.
“Qafqazinfo” səfərdən videonu təqdim edir:
Həmçinin baxın
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Qış təlimi-2021″də iştirak edəcək – Fotolar+Video
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciəti qeydə alınıb – Video
Yerevanda avtomobillərlə Paşinyan əleyhinə itaətsizlik aksiyası keçirilir – VİDEO
Vətən müharibəsində qazi atasının missiyasını tamamlayan qalib əsgər – VİDEO
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək – Video
İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” – VİDEO
Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu – Video
Kontakt.az ölkənin ən çox ziyarət olunan elektron ticarət platforması seçilib – Video
Cavanşir Feyziyev: Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur – VİDEO
MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla