AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək
  • Baydenlə Makron Ukraynaya raket zərbəsinə sərt reaksiya veriblər
  • Ukraynada dinc sakinlər atəşə tutulub, 8 nəfər ölüb, onlarla insan yaralanıb
  • Ukraynanın birinci xanımı: “İndi onlara həyatın mənasını necə sübut etmək olar?”
  • NATO baş katibi: “Türkiyə, İsveç, Finlandiya arasında razılaşmaya çalışırıq”
  • Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb
  • ABŞ-da qatar qəzası zamanı 3 nəfər ölüb, 13 sərnişin yaralanıb
  • Çavuşoğlu: “Regionun simasını dəyişən layihələri can Azərbaycanla birgə həyata keçirmişik”
  • Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”
  • Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var
  • Ukraynanın birinci xanımı: “İndi onlara həyatın mənasını necə sübut etmək olar?”
  • Çavuşoğlu: “Regionun simasını dəyişən layihələri can Azərbaycanla birgə həyata keçirmişik”
  • Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”
  • Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə – Xəbərdarlıq
  • Azərbaycan və Rusiya Prezidentləri Aşqabadda görüşəcək
  • Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər
  • Qənirə Paşayeva Şuşada əsgərlərlə görüşdü – Fotolar
  • Rusiya İstanbulda terror aktını maliyyələşdirən şəxsi yaxalayıb
  • Batman şəhərində Qarabağ parkı açılacaq
  • Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb
  • FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video
  • “Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir”
  • İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
  • İlham Əliyev Ümumdünya Şəhər Forumunun sessiyalarının birinin Azərbaycanda keçirilməsini təklif edib
  • Ceyhun Bayramov Azərbaycanın yeni hədəfini açıqladı
  • “Biz tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
MN: “Kəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir” – VİDEO
18/04/2022 17:59
FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video
27/06/2022 15:38
Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO
27/06/2022 14:23
Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video
27/06/2022 09:34
Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video
26/06/2022 19:20
Bu çaydan sel keçdi – Video
26/06/2022 14:02
“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO
26/06/2022 09:18
Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO
25/06/2022 21:03
“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO
25/06/2022 19:32
Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO
25/06/2022 14:17
“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi – Video
25/06/2022 11:32
Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO
24/06/2022 16:53
Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi – Video
24/06/2022 15:01
“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video
23/06/2022 15:14
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO
23/06/2022 11:43
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO
23/06/2022 11:40
Qaradağda 5 hektar qamışlıq yandı – Video
23/06/2022 10:11

Video xəbərlər

  • FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video
  • Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO
  • Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video
  • Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video
  • Bu çaydan sel keçdi – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

28/06/2022
07:59 Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək
07:38 Baydenlə Makron Ukraynaya raket zərbəsinə sərt reaksiya veriblər
06:41 Ukraynada dinc sakinlər atəşə tutulub, 8 nəfər ölüb, onlarla insan yaralanıb
05:26 Ukraynanın birinci xanımı: “İndi onlara həyatın mənasını necə sübut etmək olar?”
04:44 NATO baş katibi: “Türkiyə, İsveç, Finlandiya arasında razılaşmaya çalışırıq”
03:53 Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb
03:26 ABŞ-da qatar qəzası zamanı 3 nəfər ölüb, 13 sərnişin yaralanıb
02:56 Çavuşoğlu: “Regionun simasını dəyişən layihələri can Azərbaycanla birgə həyata keçirmişik”
02:26 Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”
01:41 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var
01:02 Gürcüstandan Rusiyaya nəqliyyatın hərəkəti bərpa edildi
00:53 İordaniyada qazsızma nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib
00:26 BMT TŞ bu gün Ukrayna ilə bağlı iclas keçirəcək
00:11 Ərdoğan İranın XİN başçısı ilə görüşüb
27/06/2022
23:51 Bakıda mənzildən meyit tapıldı
23:46 Dənizdə batan şəxsi xilas edən idman müəllimi boğularaq öldü
23:44 Kamerunda hücum zamanı 30-dan çox insan öldürülüb
23:02 USAID-in dəstəyi ilə tikilmiş soyuducu anbarlar Azərbaycanda çiyələyin ixracını artırıb
22:45 Kremençukda həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı yoxdur
22:38 Qazaxda elektrik cərəyanı gənc oğlanı vuraraq öldürüb
22:11 Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”
21:59 Aydın Kərimov: “Şuşanı bərpa etməklə şəhərin tarixini qoruyub saxlayırıq”
21:38 Ərdoğan: “Türkiyəni terror dəhlizi ilə mühasirəyə almaq cəhdlərini uğursuzluğa düçar etdik”
21:35 Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə – Xəbərdarlıq
21:32 Ərdoğan: “NATO-nun toplantısında PKK/YPG-nin ikiüzlülüyünü həmsöhbətlərimizin üzünə vuracağıq”
20:41 Türkiyə və İranın XİN başçılarının görüşünün təfərrüatları açıqlanıb
20:38 Xəzərdə 46 yaşlı kişi batdı
20:23 Azərbaycan və Rusiya Prezidentləri Aşqabadda görüşəcək
20:17 Rusiya Ukraynanın iki şəhərini atəşə tutub, ölən və yaralananlar var
19:47 Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər
19:22 Qənirə Paşayeva Şuşada əsgərlərlə görüşdü – Fotolar
18:50 Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək
18:44 5 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
17:56 Azərbaycanda son sutkada vaksinasiya qeydə alınmayıb
17:50 BP-nin dövlət ödənişlərinin yarıdan çoxu Azərbaycanın payına düşür
17:47 Yoluxanların sayı açıqlandı
17:17 Rusiya İstanbulda terror aktını maliyyələşdirən şəxsi yaxalayıb
16:53 Şamaxıda bələdiyyə binasında yanğın olub
16:47 Çaylarda sululuğun artacağı gözlənilir
16:22 Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə görüşüb
16:20 Batman şəhərində Qarabağ parkı açılacaq
16:11 DYP yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
15:47 Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb
15:44 Türkmənistanda beynəlxalq nəqliyyat forumu keçiriləcək
15:38 FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video
15:17 G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir
15:05 Astarada 9 aylıq hamilə qadın qəfldən ölüb
14:41 Dənizdə batan tələbənin son yazışması – Foto
14:29 Özbəkistan qaz ixracından tamamilə imtina edə bilər
14:23 Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO
14:17 Metronun yaxınlığında park edilmiş velosipedləri oğurlayan şəxslər saxlanılıblar
13:47 “Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir”
13:41 Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması müzakirə edilir
13:26 Prezident: “İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb”
13:23 İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
13:20 İlham Əliyev Ümumdünya Şəhər Forumunun sessiyalarının birinin Azərbaycanda keçirilməsini təklif edib
13:14 Ukrayna Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində iki müqaviləyə xitam verdiyini açıqlayıb
13:05 Polşanın Baş naziri: “Pandemiya rahat yaşayış üçün şəhərlərin inkişafının vacibliyini göstərib”
12:59 Ceyhun Bayramov Azərbaycanın yeni hədəfini açıqladı
12:44 “Biz tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

MN: “Kəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir” – VİDEO

Multimedia 18/04/2022 17:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin edilib.

Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video

Multimedia 27/06/2022 15:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən sularda xilasetmə məntəqələrinin ərazisində, qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan 6 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO

Multimedia 27/06/2022 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev “AzərEnerji” tərəfindən Kəlbəcərdən Laçına çəkilən 110 kV-luq yüksək gərginlikli elektrik xətti və Laçında tikilən “Qorçu” yarımstansiyasına baxış keçirib.

Bu “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, 42 kilometr məsafədə ikidövrəli olmaqla, bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində ötürücü xətt çəkilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video

Multimedia 27/06/2022 09:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Keçən ilin 26-dan bu ilin 26-na kimi, biz hesabat dövrü hesab edirik. Bu ərəfədə əməliyyat şəraiti çox gərgin keçib”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində deyib.

“Bilirsiniz ki, Azərbaycan ordusu gərgin iqlim şəraitində xidmətini təşkil edir. Müharibədən sonra ilk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan-Ermənistan sərhədində bilirsiniz ki, daima Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulur. Təxribata əl atırlar.

Dəfələrlə biz onların cavabını vermişik. Misal üçün, götürək, 2021-ci ilin 13, 17 noyabr aylarını, o vaxt ki, Erməni Silahlı Qüvvələri böyük bir təxribata əl atmışdılar. Azərbaycan ordusunun bir neçə postuna hücum etmişdilər.

Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti layiqli cavab verərək strateji yüksəklikləri azad edib və Ermənistan Silahlı Qüvvələri böyük itkilər vermişdilər. 6 nəfər məhv edilmişdi, 33 nəfər əsir götürülmüşdü”, – nazir qeyd edib.

Z.Həsənovun sözlərinə görə, bu təxribatlar davam edir:

Oxumağa dəyər:   Azərbaycan və Rusiya Prezidentləri Aşqabadda görüşəcək

“Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə, son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır.

İtki verəndən sonra 5-6 gün sakitçilikdir. Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikrimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır”.

Daha ətraflı videomüsahibədə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video

Multimedia 26/06/2022 19:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir hərəkəti ilə gündəmə gəlib.

Paşinyan İrəvanda keçirilən tədbirlərin birində stolun üstünə qoyulmuş qələmi “özününküləşdirib”.

Belə ki, iclas zamanı yerinə əyləşən erməni Baş nazir qələmə baxdıqdan sonra onu pencəyinin cibinə qoyub. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu çaydan sel keçdi – Video

Multimedia 26/06/2022 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kürmükçay İlisu məntəqəsindən sel keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, intensivləşən leysan yağış nəticəsində ötən gecə saat 23:10 radələrində Kürmükçay İlisu məntəqəsindən sel keçib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO

Multimedia 26/06/2022 09:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Silahlı Qüvvələr 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olunub.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad olunub.

Oxumağa dəyər:   Prezident Göygöldə inşa edilən iki tunelin tikintisi ilə tanış oldu - Fotolar

“Qafqazinfo” Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusunun mənsubları, Müdafiə Nazirliyinin zabitləri, Vətən müharibəsi iştirakçıları – Natiq Baxşıyev, Cavadov Rahib və Nağıyev Mirhəmid, həmçinin, Hərbi Dəniz Qüvvələrinin zabitləri Bayramov Telman və Bəkirov Hüseynlə həmsöhbət olub.

Hərbçilər keçdikləri döyüş yolları, o cümlədən, hazırkı fəaliyyətləri barədə məlumat veriblər:

Eldar Tanrıverdiyev

Video: Müzəffər İsmayılov



InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO

Multimedia 25/06/2022 21:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan güclü meşə yanğınları artıq tam nəzarət altına alınıb.

Bölgənin xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə edilən yerlərə intensiv müdaxilələr nəticəsində yanğın tam nəzarət altına alınıb.

Belə ki, iyunun 24-də gecə saatlarından bəri həcminə görə ən iritutumlu Mi-26 tipli helikopterləri Muğladaki müxtəlif yanğın nöqtələrinə 200 tona yaxın su boşaldıb.

Qeyd edək ki, küləyin istiqamətinin və surətinin dəyişməsi nəticəsində genişlənmiş yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla, ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Bununla yanaşı, İstanbul, Ankara, İzmir və Antalya başda olmaqla Türkiyənin 22 şəhər və vilayətlərindən xüsusi xilasetmə və yanğınsöndürmə əməkdaşları yanğın baş verən yaşıllıq zolaqlarında soyutma işləri aparır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada başlayan bu ilki yanğınlarda ümumilikdə 4 500 hektar əraziyə ziyan dəydiyini açıqlayıb.

Oxumağa dəyər:   "Hər zaman deyirdim ki, gün gələcək, öz doğma torpaqlarımızı qaytaracağıq"

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tabeliyində “BE-200ÇS” tipli amfibiya təyyarəsi də qardaş ölkənin yanğınla mübarizəsinə dəstək verməkdədir.

Dünən müxtəlif koordinatlar üzrə yanğınsöndürmə tapşırıqlarını icra edən Azərbaycanın amfibiya təyyarəsi 120 tondan artıq su boşaldıb. Yerli əhali Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO

Multimedia 25/06/2022 19:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra sübuta yetirildi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında öz nüfuzlu mövqeyini daha da artırıb”.

Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev “REALTV-az”a müsahibəsində deyib:

“Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun daim yüksək olması reallığı həm də hərb elminə yeniliklər gətirib. Təbii ki, bütün bu uğurlar asan əldə edilməyib və böyük zəhmətlər hesabına qazanılıb. Bu məqamda biz Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və praqmatikliyi faktorunu özəlliklə vurğulamalıyıq.

Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Ötən illər ərzində Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb. Bundan sonra da ordu quruculuğu sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”.

Oxumağa dəyər:   Prezident Laçın aeroportunda - Fotolar

Prezidentin köməkçisinin sözlərinə görə, ölkə rəhbərinin tapşırığına uyğun olaraq ordu quruculuğu sahəsində aparılan islahatlar uğurlu nəticələri ilə nəzərə çarpır:

“Qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur.

Bu xüsusda Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallaşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO

Multimedia 25/06/2022 14:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Moskva və bütün Rusiyanın patriarxı Kirill (Vladimir Qundayev) iyunun 25-də Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb.

Bu barədə Rusiya KİV-i məlumat və videomaterial yayıb.

Bildirilib ki, mühafizəçiləri, protokol xidməti və onun yanında duranlar Kirillin yıxılmasının qarşısını ala bilməyib. Məlumata görə, patriarxın yıxılmasına səbəb koronavirusdur. Pandemiya ilə əlaqədar Kirill ona yaxınlaşmağı qadağan edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi – Video

Multimedia 25/06/2022 11:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən SOCAR “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt şəhərində yerləşən “Etilen-Polietilen” zavodunda “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd şəxsi heyətin yüksək saylı çağırışlar üzrə yanğınların söndürülməsi və təxliyə-xilasetmənin təşkili bacarıqlarının daha da artırılması, belə çağırışlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Sumqayıt şəhərinin Yanğından Mühafizə hissə və bölmələrinin qüvvələri cəlb olunub.

Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ çatan yanğınsöndürmə qüvvələri qaz anbarının ətrafında “zəhərlənmiş” və “xəsarət almış” işçi personalı xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas edib”, qaz tutumunda şərti baş vermiş yanğını qısa müddətdə “söndürüb” və qonşu tutumları soyudaraq “təhlükənin” qarşısını alıblar.

Oxumağa dəyər:   İlham Əliyev muzey komplekslərinin təməlini qoydu - Fotolar

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO

Hadisə 24/06/2022 16:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışlarına xüsusi təlim keçmiş itləri cəlb edib.

Bu barədə FHN-dən məlumat verilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi – Video

Multimedia 24/06/2022 15:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda mənzillərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırmalar nəticəsində şəxsin Gürcüstan vətəndaşı Paata Grineviç olduğu məlum olub. O, ifadəsi zamanı Bakıya məhz oğurluq məqsədi ilə gəldiyini bildirib.

Onun paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən mənzillərdən silsilə oğurluqlar etdiyi müəyyən edilib. Şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

Multimedia 23/06/2022 15:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Netflix” Azərbaycanın paytaxtında film çəkib.

Bu barədə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov feysbukda bildirib.

Onun sözlərinə görə, “Neftlix”lə əməkdaşlıq çərçivəsində Bakıda Russo qardaşlarının “The Gray Man” (Boz insan-red.) filminin çəkilişləri baş tutub. Ekran işində baş rolları Hollivud superulduzları Rayan Qoslinq və Kris Evans canlandırıblar.  

R. Həsənov qeyd edir ki, film qəhrəmanlarından biri azərbaycanlıdır, lakin süjetin təfərrüatını açıqlamır. Filmin treylerində “Alov qüllələri”ni, hənçinin Praqanın Vitkov parkındakı çəkilmiş səhnələrin birində Azərbaycan bayraqlarını görmək mümkündür.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Hadisə 23/06/2022 11:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Oxumağa dəyər:   "Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir"

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

“Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Hadisə 23/06/2022 11:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Oxumağa dəyər:   Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

“Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaradağda 5 hektar qamışlıq yandı – Video

Multimedia 23/06/2022 10:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yanğın baş verib.

Bununla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki qamışlıq sahədə baş verdiyi və güclü külək səbəbindən hər an yaxınlıqdakı kommunikasiya xətlərinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən güclü küləyin yaratdığı maneəyə baxmayaraq görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək bilavasitə yaxınlıqda yerləşən kommunikasiya xətlərinə, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri və neft sənayesi obyektlərinə ziyan vurmasına imkan verilməyib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə qamışlıq yanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 27/06/2022 15:38

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video

Read more
Multimedia 27/06/2022 14:23

Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO

Read more
Multimedia 27/06/2022 09:34

Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 26/06/2022 19:20

Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video

Read more
Multimedia 26/06/2022 14:02

Bu çaydan sel keçdi – Video

Read more
Multimedia 26/06/2022 09:18

“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO

Read more
Multimedia 25/06/2022 21:03

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO

Read more
Multimedia 25/06/2022 19:32

“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO

Read more
Multimedia 25/06/2022 14:17

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO

Read more
Multimedia 25/06/2022 11:32

“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi – Video

Read more
Hadisə 24/06/2022 16:53

Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO

Read more
Multimedia 24/06/2022 15:01

Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi – Video

Read more
Multimedia 23/06/2022 15:14

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

Read more
Hadisə 23/06/2022 11:43

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Hadisə 23/06/2022 11:40

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Multimedia 23/06/2022 10:11

Qaradağda 5 hektar qamışlıq yandı – Video

Read more
Multimedia 23/06/2022 01:23

Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video

Read more
Multimedia 22/06/2022 21:59

Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video

Read more
Multimedia 22/06/2022 17:59

Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO

Read more
Multimedia 22/06/2022 11:08

Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO

Read more
Multimedia 20/06/2022 15:35

Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video

Read more
Multimedia 20/06/2022 14:47

Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video

Read more
Multimedia 19/06/2022 10:44

Zakir Həsənov Kəlbəcər və Laçında – Video

Read more
Multimedia 18/06/2022 23:41

Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO

Read more
Multimedia 18/06/2022 19:08

Bayden velosipeddən yıxıldı – Video

Read more
Multimedia 18/06/2022 11:04

Ötən sutka intihara cəhd edən 3 nəfər xilas olunub – VİDEO

Read more
Multimedia 18/06/2022 10:39

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib – VİDEO

Read more
Multimedia 14/06/2022 10:29

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir – VİDEO

Read more
Xəbər 13/06/2022 10:59

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

Read more
Multimedia 12/06/2022 11:47

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 09/06/2022 17:24

Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb – VİDEO

Read more
Multimedia 08/06/2022 20:20

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb – VİDEO

Read more
Multimedia 07/06/2022 18:19

Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün layihə təşkil olundu – Fotolar + Video

Read more
Xəbər 07/06/2022 13:23

Raket və artilleriya bölmələrimiz döyüş atışlı taktiki təlim keçirir

Read more
Multimedia 07/06/2022 10:52

Ötən sutka 6 nəfər xilas edilib – Video

Read more
Multimedia 05/06/2022 13:59

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla