Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun növbəti məhkımə prosesi keçirilib.

Hakim Nural  Əliyevin sədirliyi ilə keçirilən məhkəmə prosesində ittiham aktının elanı başa çatıb.

Keçmiş icra başçısı daha öncəki proseslərdə olduğu kimi bu dəfə də ona qarşı irəli sürülən ittihamların böyük əksəriyyətini qəbul edib.

Dövlət ittihamçısından Şəmkir rayonunun mərkəzi küçələrinin asvalt örtüyü ilə təmin olunması istiqamətində ayrılan vəsaitlərin necə mənimsənilməsi soruşulub. Bəlli olub ki, Şəmkir rayonunun mərkəzi küçələrinin asvalt örtüyü ilə təmin edilməsi üçün dövlət büdcəsindəön aıyrılan vəsaitdən 318 min manat, həmçinin yaşayış binasının tikintisindən əldə edilən 516 min manat vəsait mənimsənilib. Nəticə etibarı ilə yaşayış binasının tkintisi yarımçıq saxlanılıb. Sabiq icra başçısı mütəxəssis olmadığından rayonun asvalt örtüyü ilə təmin edilməsi istiqamətində ayrılan vəsaitin necə mənimsənildiyindən xəbərsiz olduyğunu deyib.

Bəlli olub ki, müxtəlif MMC-lərə dövlət büdcəsi hesabına odun və dizel yanacağının tədarükü ilə bağlı vəsait ayrılıb. Lakin bu vəsaitlər nağdlaşdırlıb, amma pullar istiqaməti üzrə xərclənməyib.

Məhkəmə prosesində bəzi şəxslər zərərçəkən kimi iştirak edib. Məhkəmədə Şəmkir Bələdiyyəsinə məxsus Ağ Dağlar adlanan ərazidə yerləşən ümumi dəyəri 1 milyon 135 min manat olan Natural Su MMC-ni 188 manata Alimpaşa Məmmədovun oğlu Adil Ailzadənin adına keçirldiyi də soruşulub. Sabiq icra başçısı qeyd edib ki, sözügedən MMC kredit hesabına yaradılıb. Bələdiyyənin tabeliyinə verilməsi isə sadəcə formal xarakter daşıyıb. Müəssisənin fəaliyyəti üçün kredit Alimpaşa Məmmədovun səyi nəticəsində mümkün olub. Sonradan icra başısı krediti ödəyə bilmədiyini anladıqda həmin müəssisəni Tahir adlı sahibkara borcun ödənilməsi şərti ilə verib.

Bundan başqa prosesdə ayrı-ayrı şəxslərin adına olan 221 min manat pulun da mənimsənilməsi məlum olub.

Alimpaşa Məmmədov ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ilə razılaşıb. Növbəti məhkəmə prosesi dekabrın 15-i saat 16:00-da keçiriləcək.

Yunis Quliyev

İstinadlar Qafqazinfo