Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin ikiqat artırılmasına dair layihə təsdiqlənib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

İstinadlar Report