Milli Məclis işçilərin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkməməsi ilə bağlı dəyişiklik layihəsini birinci oxunuşda təsdiq edib.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.