
İsrail İranın hücumuna mümkün cavab variantını nəzərdən keçirməkdə davam edir, lakin ABŞ regionda gərginliyin azaldılmasına nail olmağa ümid edir.
Bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.
“İsrail hökuməti şənbə gecəsi baş verənlərə cavab verməyi düşünür. Bilirsiniz ki, bu cavabı vermək onların seçimidir”, – o deyib.
Berns qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden və siyasətçilərin hamısı bu vəziyyəti azaltmaq üçün bir yolun tapılacağına ümid edirlər.