
İrlandiya parlamenti ölkənin yeni Baş nazirini seçib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Mixol Martin 2022-ci ildən sonra yenidən növbəti üç il müddətinə ölkənin Baş naziri olub.
Martinin bu vəzifəyə təyin olunmasına parlamentin 95 üzvü səs verib. İrlandiya Prezidenti Maykl Hiqqs onu qəbul edəcək, sonra isə yeni Baş nazir hökuməti formalaşdıracaq.