
BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Azərbaycan arasında yaxşı tərəfdaşlıq əlaqələri qurulub.
Bu barədə UN-HABITAT-ın icraçı direktoru vəzifəsini icra edən Mixal Mlınar “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevlə Bakıda COP29 çərçivəsində urbanizasiya gündəliyinin həyata keçirilməsini müzakirə edib.
“Qahirədə keçiriləcək XXII Dünya Şəhər Forumunda (WUF12) Azərbaycan nümayəndə heyətini səbirsizliklə gözləyirik!” – paylaşımda qeyd edilib.