Azərbaycan yüksəksəviyyəli iştirakla Antalya Diplomatik Forumunun (ADF) əhəmiyyətini daha da artırdı.

Bu fikirləri “Report”un yerli bürosuna Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumuna qatılan TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

O deyib ki, ADF ildən-ilə daha daha da təkmilləşərək, dünyada baş verən əksər problemlərin həllinə toxunur: “İlk növbədə onu deməliyəm ki, forumn bu ilki devizi – “Parçalanan dünyada diplomatiyaya yiyələnmək”, qürur hissi doğurur. Onlarla dövlət başçılarının, yüzlərlə nazir və diplomatıarın, minlərlə diplomatiya sahəsində ixtisaslaşmış kadrların və eləcə də bu sahəyə maraq göstərən təhsilli gənslərin qatılması, dünyada həlli tələb olunan vacib məsələlərin gündəmə gətirlməsi bu tədbirin beynəlxalq əhəmiyyətini yüksəldir. Mən forumun açılışında Ərdoğanı diqqətlə dinlədim, dünyada baş verən bütün kritik məsələlərin hamısına toxundu ki, bunlar da çox vacib nüanslardır”.

İstinadlar Report