Rusiyada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi görkəmli dövlət xadimi kimi xatırlamağa davam edirlər.

Bunu RF xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Azərbaycan SSR-in rəhbəri kimi Heydər Əliyev respublikanı inamla quruculuq və tərəqqi yolu ilə aparıb. Bunun nəticəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilib.

“Şübhəsiz ki, Heydər Əliyeviç Sovet İttifaqının sosial-iqtisadi inkişafında böyük rol oynayıb. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində o, bir sıra mühüm istiqamətlərə rəhbərlik edib. Baykal-Amur magistralının tikintisi kimi irimiqyaslı infrastruktur layihəsini xüsusilə qeyd etmək lazımdır. Bu, həqiqətən əsrin layihəsi idi, bu magistral bu gün də təkcə Rusiya üçün deyil, bütün Avrasiya üçün ən vacib nəqliyyat arteriyasıdır”, – M.Qaluzin bildirib.

İstinadlar Report