
Sloveniya və Azərbaycan arasında biznes, turizm və idman sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Bunu Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqan (Mitja Blaganj) Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində bildirib.
“Sloveniya dünyanın hər yerindən idman komandalarının məşq və bərpası üçün əla şərait təklif edir. Biz idmana investisiyaların yatırılmasına açığıq – idman infrastrukturunun inkişafından gənc istedadların dəstəklənməsinə qədər. İki ölkə arasında biznes, turizm və idman sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Sloveniya əlaqələri gücləndirən, innovasiyaları stimullaşdıran və qarşılıqlı fayda gətirən investisiyaları və uzunmüddətli tərəfdaşlıqları qəbul edir.