Daxili İşlər Nazirliyi müxalifətin qeyri-qanuni aksiyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün radikal tədbirlərə əl atıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Virtualaz-org-a məlum olub ki, bu gün saat 12:00-dan 16:00-dək metronun “28 May” stansiyasına aparan bütün prospekt və küçələr bağlanıb. Söhbət həm də Azadlıq prospekti və ona bitişik küçələrdən gedir.

Bakı Metropolitenin işində də müəyyən dəyişikliklər edilib. Belə ki, saat 13:00-dan 16:00-dək qatarlar “28 May” stansiyasında dayanmayacaq, ona və “Cəfər Cabbarlı” stansiyasına giriş bağlanacaq.