Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, bu əməliyyatla MİT FETÖ-ya zərbə vurub. Səlahəddin Gülənə qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” ittihamı irəli sürülüb.

İstinadlar Report